Dönüb simuzərə mini birində,
Daha kəraməti yoxdur pirin də.
Göz yaşı qaynayır hər ləpirində,
Üstündə şadlanıb güldüyün yolun.
Sevinc buludundan yağan kədərdir,
Allahın günahı bəxtdır,qədərdir.
Sirri,müəmması milyard qədərdir,
Ovcunun içitək bildiyin yolun.
Hərə bu dünyanı bir cürə yozdu,
Fikir çəmbərində saydı,uduzdu.
Sənin həyatına xəmirdi,duzdu,
Üstündə bayılıb öldüyün yolun.
Şirin sabahların zəhər dadıdır,
Göydə uçanların yer qanadıdır.
Axır da əvvəlin başqa adıdır,
Əvvəli öndədir gəldiyin yolun