qs

Açılacaq bu gecə də,
üzü səhərə gedirəm.
Hər gün yolumu gözləyən
qəmə-qəhərə gedirəm.

Abır-həyadan yırtılan,
çöldə, bayırda sırtılan,
hər gün üzümə çırpılan
çora, zəhərə gedirəm.

Bu dünya birtəhər olub,
gecə bitib, səhər olub,
daha dayçam kəhər olub,
minib kəhərə gedirəm.

Köklənmişəm cəngi üstə,
gahdan zildə, gahdan pəstə,
Xoş arzuda, xoş həvəsdə
durub şəhərə gedirəm.