Abdiyev Elnur Dilavər oğlu 1980-cı il may ayının 5-də Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Orta təhsilini kənd məktəbində başa vurub. 2005- ci ildə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hal-hazırda Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbdə ədəbiyyat müəllimidir. İki kitab və bir neçə publisistik yazıların müəllifidir.
Qadın göz yaşına inləyir ruhum
Nə olar,ağlama,sil,göz yaşını,
Qadın göz yaşına inləyir ruhum.
Zümrüd gözlərindən daman damlanı,
Bir nalə,fəryadtək dinləyir ruhum.
Səni ağladanlar anlamır nədən?
Qadınsız bir kişi yurddaşsız Vətən.
Tərk edir bədəni,ruhsuzdur bədən,
Qalxıbdı,cismimə enməyir ruhum.
Ağlama,bağrımı gəl etmə,şan-şan,
Elə bil qanımdır,gözündən axan.
Sükuta qərq olub,halı pərişan,
Baxır göz yaşına,dinməyir ruhum.
Bəlkə,sən deyilsən,özgəsidir,bu?
Gözündə bulanıb eşqin ağ suyu,
Bəlkə də,taleyin tənəsidir,bu.
Gözlərin elə bil dərin bir quyu,
Bəlkə,sən deyilsən,özgəsidir,bu?
Hanı şaqraq gülüş,o şux yerişin?
Onu verən həyat geri aldımı?
Ya uğursuz oldu , bu son gedişin?
Sənə də uduzmaq nəsib oldumu?
Üzünə iz salıb zamanın əli,
Daha nə var alnın qırışlarında?
Gör nələr yazıbdır,taleyin əli,
Susqun həyat nədir,baxışlarında?
Kaş dönə yaşanan o xoşbəxt anlar,
Neyləyək bu anı kimsə bilməsin?
Səni bürüməyə bircə qəlbim var,
Gəl gir ürəyimə kimsə görməsin.