z

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Gedəcəyik

Allah, bizə özün yar ol
Qıyma ürək döyünməsin.
Arxalılar mənəm deyə,
Qarşımızda öyünməsin.

Bu dünya fani dünyadir,
Hər kəs, qonağ gəlir bura.
Hamı torpaqdan gəlibdir,
Dönəcəyik, eyni gora.

Zeynəbəm, çox düşünürəm,
Görəsən, nələr olacaq?!
Hamımız köçəriyik biz.
Bu dünya, bizsiz qalacaq.

Sən deyilsən ki

Ürək, nə mənası var düyünməyin,
Onsuz da döyünən sən deyilsən ki.
Bu zalım fələyə boyun əymisən,
Qürurla öyünən sən deyilsən ki.

Bəlkə bir acı var, anlamiram mən,
Hələ düşünürəm olub keçəndən.
Məni dərdli görüb, kövrəlib dinən,
Ağlayıb, göynəyən, sən deyilsən ki.

Zeynəbəm, içimi dərd didir mənim,
Canimi yalanlar göynədir mənim.
Elə bil, dağım dərd əridir mənim,
Ah çəkib inləyən, sən deyilsən ki.