1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

Baxışlar uzanar…

Hardayam, necəyəm, nəyinə gərək?!
Gecənin bir vaxtı qarışır yuxun,
Ötən günlər üçün üzülür ürək,
Səni əsir edir, hisslərin, duyğun…

Arzular uzanar həsrətə sarı,
Sevgiyə uzanan əllərin yanar,
Qürurun keçməyir məftil hasarı,
Kin dolu baxışla orda dayanar.

Otağımda vüsal qəm qoruğunda,
Burda sevincimi haqlayar kədər,
İzimiz qalıbdı çay qırağında,
Baxışlar uzanar yurduna qədər.

Qəlbinin qürrəsi göyü dələndə,
Boy atıb uzanar yıxılanacan,
Kölgələr uzanar gün gödələndə,
Qürurdan uzanar yox olanacan.