g

geyindiyin alma budağı, qatilin.
içdiyin şərab qədəhi rəqibin.
qədəhlər boğub öldürəcək
çayda uşaq boğulduğu kimi.
düşəcəksən dənizin ənginliklərinə
o da çox çəkməyəcək
xilasedicilər çıxaracaqlar meyidini
balıqlara yem olmaqdan qurtulacaqsan.
torpağa əkəcəklər cismini
hər gün keçdikcə bir az torpaqlaşacaqsan
bir az göyərəcəksən
bir az çürüyəcəksən
torpağı daşıyacaqlar başqa bir məkana
ev tikməyə, tikəcəklər.
hər gün qulağın evin divarlarında söz eşidəcək
yaxşı vəya pis olmağından asılı olmayaraq.
bir müddət yaşayıb
sökəcəklər səni.
keçəcəklər üstündən taptalayaraq
onda bir başqa sən olacaqsan
əvvəlki səndən fərqli olaraq.
bu dünyada ruhunu
o dünyada cismini əzəcəklər.
daşın sinəsində qədəhi çilikləyib
torpağın gözünü ov ki,
gözünü ovanda, ruhun qanamasın.