1533150_672733326111760_899121006_n

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru

Kim kədər içində büsat qurarmış?!
Sevdiyin xəyalda kim uydurarmış?
Kim ayı günlərə de, saydırarmış?!
Həsrət alovunda yanan görünmür,
Göllər içrə üzən sonan görünmür…

Kimdi o cüssəli, əli qabarlı?!
Kimdi məhəbbətə ən etibarlı?!
Kimdi sevdiyiylə o qalmaqallı?!
Niyə bu halını qanan görünmür?
Kipriyində yaşı donan görünmür…

Gözlərim hüsnünün sorağındadı,
Səadət səninlə qalmağımdadı,
Səni lap ürəkdən duymağımdadı,
Mən ayrılıb gedən zamandan bəri,
Baş-başa sevişən qaranquşların,
Daha eyvanına qonan görünmür,
Mənim tək ürəyi sınan görünmür,
Göllər içrə üzən sonan görünmür…