1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

O qədər dedilər böyü, böyüdüm,
Böyüdüm, özümlə tən olmadım heç.
Sənə oxşatdılar kölgəmi tez-tez,
Amma bircə dəfə sən olmadım heç.

Yaman arıqlayıb ruhum, əzizim,
Sənin tərəzin var, özümü çəkim?
Sən bir az qıyqacı baxnan ki, mənə,
Özgə qapısından gözümü çəkim.

Sənin yolun özgə, mənimki ayrı,
Ömrün buludları qarın tökmədi.
Quruduq biz əppək qırağı kimi,
Çox dözdük, bu sevgi barın tökmədi.