q

Ey mənim qəlbimə kəsilən hakim,
Həsrətin yük olub çiynimin üstə,
Axı mən nə qədər yükünü çəkim?
Yazılan sözümsən dilimin üstə.

Qaçımmı bu ömrün evindən uzaq?
Xoş olar, bu kədər uzaqda olsa.
Tısbağa qınına qayıtmaz ancaq,
Dönürəm ömrümə əzab da olsa.

Sən elə sevgimin yüküsən gülüm,
Eşqindən bu yükə sinə gəlmişəm.
Neyliyim, ömrümün təkisən gülüm.
Səninlə sənsizəm, çox öyrəşmişəm.

Çəkilib otağa, düsüb təkliyə,
Mənə həmdəm olur bil, xəyalların.
Ümidlər məlhəmim, yaşayım deyə,
Yüküm yüngülləşir, yox olur ağrım.

Dünyanın yükünün çəkisi ağır,
Sən ağir dünyamda yünğül
çemkimsən,
Yağışsan, həsrətin içimdən yağır,
Mənim taleyimdə yüksuz yükümsən.