r

Əziz və dəyərli insanlar, dostlar, tanışlar, qələm sahibləri. Bir şeyi vurğulamağı özümə vəzifə bilərək, layihənin ərsəyə gəlməsində İdarə heyətinin böyük zəhməti olduğunu nəzərinizə çatdırmaq istəyirəm.

Layihə çərçivəsində “ZƏRRƏLƏR” adlı kitab bir neçə mərhələdən keçib.
1-ci mərhələ: Elan və şeirlərin toplanması:

2-ci mərhələ: Şeirlərin seçimi, redaktəsi, korrektəsi və kitabın foto-dizaynı.

3-cü mərhələ: Texniki tərtibat.

4-cü mərhələ: Nəşriyyatda çapa hazırlıq.

İdarə heyəti:

Layihə rəhbəri və kitabı tərtib edən: Gülnarə İsrafilqızı.

Şeirlərin seçimi və redaktorları:
Gülnarə İsrafilqızı, Zamiq Mehdisoy, Sərvər Kamranlı.

Şeir seçimində dəstək və korrektasının zəhmətini çəkən Şəhanə Müşfiq.

Foto dizayner: Sərvər Kamranlı.

Texniki kompüter variantında, A5 formatda yığan, Gülnarə Sadiq.
Texini elektron variantını nəşrə hazırlayan, Bəxtiyar Ələkbərovdur.

Naşir isə Müşfiq Xandır.

Kitabın üz dizaynının hazırlığını nəşriyyat öz üzərinə götürüb.

Kitabın içində sadəcə “tərtibat” sözü səhv gedib. Yəni texniki tərtibat edənlər nəzərdə tutulub. Gülnarə Sadiq və Bəxtiyar Ələkbərov.

Layihə rəhbəri və tərtib edəni mənəm! ( Yəni Gülnarə İsrafilqızı) Bu ad mənə məxsusdur! Sadəcə tərtibat sözünü oxuyanda yanlış nalamayın xahiş edirəm.

Kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə: Layihə rəhbəri və tərtib edəni Gülnarə israfilqızı.