Xarici vətəndaşlar, xaricilərlə nigaha girmək istəyənlər üçün praktiki məsləhətlər
Əgər əcnəbi vətəndaşı sevmişsinizsə, onunla ailə qurub, onunla bərabər onun vətəninə, digər ölkəyə köçmək niyyətindəsinizsə, o zaman bu praktiki məsləhətləri oxuyub, nəzərə almağı tövsiyyə edirəm. Yazımı işgüzar keyfiyyətlərimi, risk inzibatçı olmağımı nəzərə alıb, mövcud risklərə görə təsnifləşdirmişəm, “ən pis” halda, “ən yaxşı” halda, ssenari təhlilini aparmışam:
1. Münasibətlərinizin ilkin mərhələsində və ya sevginizin başlanğıcında:
Onun vətəni və adət ənənələri haqqında geniş ilkin məlumat əldə edin, mülki, cinayət qanunvericiliyi (Mülki, Cinayət, Ailə, Mənzil Məcəllələri, vətəndaşlıq haqqında qanun, miqrasiya ilə bağlı qanunvericilik) ilə tanış olun;
Həmin ölkənin dini ilə maraqlarının, dilini öyrənin (ən çətin anda ixtisasınıza uyğun iş tapa biləsiniz);
Həmin ölkədə yerləşən səfirliyimiz və ya konsulluğumuzun əlaqə vasitələrini əldə edin, ölkəyə daxil olarkən orada qeydiyyatdan keçməyini məqbul haldır;
Onun ailəsi və ailədəki qanunlar, qaydalarla tanış olun (qohumlarla münasibətləri, ailəsinə münasibəti);
Onların geyim üslübu ilə tanış olun;
Öz sənədlərinizi qaydaya salın (xarici pasport, tibbi kitabça, şəxsiyyət vəsiqəsi və s.);
Onu məlumatlandırmamaq şərtilə ölkəmizdə özünüzə bank hesabı açın, maddi imkanlarınız varsa, özünüzə daşınar və ya daşınmaz əmlak alın;
Öz maddi durumunuz barədə məlumat verməyin;
Onun dostları haqqında soruşun;
Onun işi və biznesi haqqında suallar verin;
Sizinlə bağlı gələcək planlarınla maraqlanın;
Daha çox Sizi maraqlandıran suallar verin, nə qədər çox məlumatınız olarsa, bir o qədər Sizin üçün yaxşıdır;
Evdarlığı öyrənin (əsasən qadınlara aiddir, kişilər də öyrənsə, pis olmaz);
Ali təhsil alın (yarımçıq qoymayın, yarımçıq qoysanız, ailə qursanız, təhsilinizi davam etdirmək şansınız olmaya bilər);
İxtisasınıza uyğun işə düzəlin;
Müşahidə edin;
2. O, bizim ölkəyə daxil olduğu zaman:
Onu hökmən ailənizlə tanış edin (ailənizin razılığı və xeyir duası olmadan ailə qurmayın);
Ailənizlə münasibətlərinizi möhkəmləndirin (qayıdarkən gəlməyə və ya yaşamağa yeriniz olsun);
Onun miqrasiya qeydiyyatından keçirin, səfirliyi ilə tanış edin, səfirliyində qeydiyyata alınmasında yardımçı olun;
Onun iş yeri ilə təmin edilib-edilməməsi ilə maraqlanın, kömək edin (evdə oturub qadın işlərinə müdaxilə etməsin deyə);
Daha çox istirahət mərkəzlərində dincəlin (istirahət günlərində və işdən sonrakı vaxt ərzində);
Onu daha çox dostlarınızla, adamlarla tanış edin (nə qədər çox adam onu tanısa, onu müşahidə etsə, Sizə öz fikir və məsləhətləri ilə kömək edə bilər, Sizin görmədiyiniz və sezmədiyiniz nəyisə görə və sezə bilər);
Ailənizin fikir və məsləhətlərini, müşahidələrini qulaq ardına vurmayın;
Onun vətənindən olan şəxslərlə tanış olub, ünsiyyətdə olsanız, yaxşı olar;
Onun ailə üzvləri ilə tanış olun, ünsiyyətiniz davamlı olsun;
Onun vətəni haqqında suallar verin;
Boş vaxtlarında nə ilə məşğul olduğunu, maraqlarını öyrənin;
Nədənsə narazı qalırsınızsa, bunu ona sakit şəkildə deyin, dalaşmaq və ona mənəvi təzyiqlərinizlə istəyinizə nail ola bilməyəcəksiniz;
Əgər yüngül şəkildə olsa belə, aqressiyaya, söyüş söyməyə, mənəvi təzyiqlər göstərmyə meyllidirsə, bilin ki, öz vətənində daha arxayın olacaq, vəziyyət daha gərgin ola bilər;
Nişanlandıqdan sonra hökmən nigah müqaviləsi bağlayın, nigah müqaviləsində xırdalığına qədər Sizi narahat edən məsələləri qeyd edin, özünüzü və gələcək övladınızı sığırtalayın;
Tibbi sığorta olunun;
Tam tibbi müayinədən keçin və onun tam tibbi müayinədən keçməsinə yardımçı olun, hər hansı xəstəliyi varsa, öncədən bilin, müalicə olunsun.
Ailə üzvlərinizin Sizin münasibətlərinizə yaxından müdaxilə etməsinə icazə verməyin (məsləhətləri nəzərə ala bilərsiniz, amma anlaşılmazlıq, dava, mübahisələrə yol verməyin);
Əgər ailənizin, dostlarınızın yanında Sizə hörmət etmirsə, öz vətənində vəziyyət daha kəskin, ağır olacaqdır;
Ailə qurmaq qərarı verilibsə, onun ailəsi ilə tanış olduqdan sonra öz ailənizlə tanış edin;
Onun ailəsinin ölkəmizdə olan toyunuzda iştirak etməsini istəyin;
Öz ailənziin onun vətənində olacaq toyunda iştirakını təmin edin;
Birlikdə alış-verişə çıxın, onun zövqünü öyrənin;
3. Ailə qurduqdan sonra:
Qanuni nigah bağlayın və dini nigahınızı da qeydiyyatdan keçirin;
Hökmən ölkəmizin səfirliyində və onların miqrasiya orqanında 3 gün ərzində qeydiyyatdan keçin (o ölkəyə getməmişdən öncə səfirliyimizə o ölkəyə gələcəyiniz barədə elektron yazılı formada məktub yollayıb, xəbər edə bilərsiniz);
Ailə və dostlarınızla əlaqənizi davam etdirin;
Onun tibbi kartı ilə davamlı tanış olun;
Öz şəxsi əşyalarınızın siyahısını tutun;
Həyat yoldaşınıza özünüz qulluq edin, ona daha çox vaxt ayırmağa çalışın;
Seksual həyatınızı zənginləşdirin, öz istəklərinizlə paylaşın, onun istəklərini öyrənib, gələcəkdə nəzərə alın, səmimi ünsiyyətdə olun;
İlk 2 illik ailə həyatınızda hamilə qalmayın, uşaq doğmayın (bu onu, onun sizlə bağlı əsl niyyət və planlarını bilməyə, öyrənməyə, münasibətlər korlanacağı və ya ayrılacağınız halda, uşağın əzab çəkməməsi, uşaqdan məhrum olunma, uşağa görə hər şeyə dözmə kimi hallara gətirə bilər, həmçinin bəzi ölkələrin qanunvericiliyinə görə uşaq o ğlkədə doğulmuşdursa, o ölkənin vətəndaşı sayılır, həyat yoldaşınızın yazılı notarila təsdiq edilmiş razılığı olmadan uşağı ölkədən çıxarda bilməyəcəksiniz, hamilə qadınlıarın hamiləliyinin son 2 ayında ölkədən çıxmasına həkim icazəsi olmaya bilər, ya da qadın hamilədirsə, uşaq varsa, 3 yaşı tamam olanadək boşanmağa icazə verilmir), uşaq istəməməyinizi məntiqlə əsaslandırın, məsələn, özümüzə vaxt ayırmaq istəyi, özümüzə öyrəşək, tanıyaq, özümüz üçün yaşayaq, sonra uşaq vaxtımı əlimdən alacaq və sənə, intim həyatımıza az vaxt ayıracağam-kimi səbəblər gətirə bilərsiniz;
Ali təhsiliniz yarımçıq qalıbsa, təhsil almağa və ixtisasınıza uyğun işləməyə davam edin;
Ailə işlərinizə və çəxsi həyatınıza kənar müdaxilələrə yol verməyin;
Onun işi ilə maraqlanın, ona işində yardımçı olun;
Onun doğma dilini öyrənin, bizim dilimizi öyrənməsində yardımçı olun;
Mübahisəli məsələlərdə və ya hirsli, keyfinizin olmadığı hallarda, susun, onun istəyi ilə razılaşın, səhv və yanlışlığını daha sakit məqamda bildirə bilərsiniz;
Birlikdə yaradıcılıqla məşğul olun (bu gərginliyi aradan qaldırır və pozitiv enerji, optimizm yaradır);
Ona güzəştə gedin, kiçik qurbanlar verin, lakin böyük qurbanlara getməyin ki, sonra peşiman olmayasınız;
Onu çox sevirsinizsə, bu barədə ona tez-tez deyin, əmmələ təsdiq edin sevginizi;
Üzünə deyə bilmədiyinizi yazılı şəkildə məktubla bildirin, beş tərifə 1 tənqid prinsipi ilə məktubunuzu yazın;
Onun həyatınızdakı rolu, niyə onun sevdiyinizi və hansı cəhətlərinin qiymətləndirməyinizi gizlətməyin;
Öz ailənizdən ayrı yaşayın;
Harasa getdikdə, nəsə etdikdə, önəmli qərar vermək lazım olduqda, onunla məsləhətləşin, birlikdə getmək, etmək daha yaxşı olar;
Həmin ölkənin xəritəsi ilə tanış olun, aviabiletlər və reyslərlə maraqlanın, ehtiyac yaranarsa, gecikmədən ölkədən çıxmaq şansınız olsun;
Mobil telefonun balans və enerjisinin davamlı olmasını təmin edin, internetiniz olsun;
Onun ailəsi, ailə üzvləri və dostlarından şikayət etməyin, şərq ölkələrində onlar öz ata ailəsi və dostlarını müdafiə edəcək, Sizə inanmayacaq, Sizi susduracaq, dalaşacaq, bəzi ölkələrdə isə həyat yoldaşı ailə üzvü sayılmır, heç kim və statussuzdur, nədənsə, kimdənsə, narazısınızsa, çalışın narazı olduğunuz məsələ vəı ya kimsənin hərəkəti, sözü həyat yoldaşınızın yanında olsun, Sizə inanandan sonra Sizi müdafiə etsə, gerçək vəziyyətlə paylaşa bilərsiniz;
Öz ailənizdən ona şikayət etməyin, qoyun, o, Sizin ailənizə hörmətlə yanaşsın, ondan çəkinsin;
4. Onun vətəninə köçdükdən sonra:
Onun ailəsindən ayrı yaşayın;
Oradakı statusunuzu qanuniləşdirin;
Öz pulunuz olsun, hökmən orada da işləyin;
Öz ailənizlə əlaqəni davam etdirin;
Çalışın ki, çox vaxt o yanınızda olsun;
Oradakı insanları və həyat tərzlərini müşahidə etməyə başlayın;
Axşam vaxtı evinizə kənar şəxsləri buraxmayın, qonaq qəbul etməyin, qonaqlarınızı qaranlıq düşənədək yola salın, çalışın Sizin evinizdə kənar şəxslər gecələməsin;
Şəxsi sənədlərinizi, əşyalarınızın siyahısını tutun və özünüzdə saxlayın;
Onun vətəninə özünüzlə az çəkili əşyalar götürün, bəzi ölkələrdə hər artıq yük kq yüklənməyə görə gömrük rüsumu yüksəkdir, ölkədən çıxmağa ehtiyac duyularsa, bütün şəxsi əşyalarınızı götürün, amma bu yüklənməyə gətirib çıxarmasın;
Ən azı onun onun xəbəri olmadan özünüzlə müəyyən məbləğdə pul götürün, ehtiyac yaranarsa, bilet almağa pulunuz olsun;
Sənədlərinizdə problem olmadığına bir daha əmin olun;
Kiminsə Sizin şəxsi əşyalarınıza toxunmağa və həyatınıza müdaxilə etmyə icazə verməyin;
Onun istədiyi kimi geyinin, ona xoş sözlər deməyə davam edin, daha çox tərifləyin;
Səmimi söhbət və öz kiçik ailənizə daha çox vaxt ayırın;
Birgə kitab oxuyun və ya film, cizgi filmini seyr edin və sonra onu müzakirə edin.
5. Hamilə qaldıqdan sonra:
Şəxsi gigiyenaniza, geyimimizə, yeyib-içməyinizə fikir verin;
Səhhətinizi qoruyun;
Onun səhhətini qoruyun;
Bərabər açıq havada gəzintilərə çıxın;
Hamiləlilik və uşağın tərbiyəsi, uşağa qulluq haqqında kitab, dərgiləri oxuyun;
Ağır kişi işlərini görməyin;
Uşağa ad seçimində hökmən həyat yoldaşınızla məsləhətləşin;
Ona qulluq etməkdən, evdarlıqdan yayınmayın;
Seksual həyatınızdan imtina etməyin;
İdmanla məşğul olun;
Ailələrinzlə əlaqənizi davam etdirin;
Uşaq üçün tələb olunan hər şeyi öncədən alın;
Hamiləliyinizə görə tibbi qeydiyyata düşün və davamlı həkim nəzarətində olun;
Doğuşa hazır olun;
Həkiminizin məsləhətlərinə əməl edin.
6. Uşaq doğulduqdan sonra:
Uşağa qarşı diqqətli olun, onu sevin və ona vaxt ayırmağa çəkinməyin;
Uşağa ana südü ilə yedizdirin (ən azı 2 il);
Həyat yoldaşınızı unutmayın, onu da uşağa qulluq işinə qatın;
Yeməyinizə fikir verin, sağlam qida məhsullarını qəbul edin;
Doğuşdan sonra ilk 6 həftə intim münasibətlərə girməyin, gigiyenanıza fikir verin;
Evdarlıqla məşğul olun, Sizə kömək edəcək bir nəfər olsa, yaxşı olar;
Dekretə çıxmızsınızsa, dekret pulunu özünüzdə saxlayın;
Unutmayın, uşaq tez böyüyür, xərcləriniz artacaq deyə, digər xərclərinizə qənaət edin;
Uşağı həyat yoldaşınızla birlikdə özünüz tərbiyə edin, özünüz uşağınıza qulluq edin, onun gigiyenası ilə məşğul olun;
Ailəvi həkiminizin məsləhətlərini dinləyin;
Ayda bir dəfə uşaq həkiminin qəbulunda olun;
Ən əsası səmimi qəlbdən sevin, xoşbəxt olun!