11041661_10205003020335559_6794674678892182115_n

Parklarda fontanı gec işə salırlar, işə salanda da, kaş işə salmaz olsunlar, onsuz da döşəməsi sürüşkən olan parklarımızda fontanın suyu bütün parkı sulayır, park ərazisi elə sürüşkən olur ki, nə yerimək olur, nə də sürünmək, qanad taxıb uçmalısan, ya da gəzmək, keçmək, istirahət etmək üçün gərək alternativ yollar seçəsən…
İnsanlar arasında dələduzluq, yalan, mədəniyyətsizlik, xəyanət, tamahkarlıq, şorğözlük və həyasızlığın yüksəlmə tempi artmaqdadır…
Yola öncə zebra və digər yol xətlərini çəkirlər, sonra üstündən yenidən asfalt çəkirlər, zebra və yol xətləri qalır alayarımçıq…
Sosial şəbəkələri ancaq tanışlıq məqsədilə istifadə edirlər, milli öndə mobil nömrə hesabını ödəyən zaman ardınca növbə yaranır və hər kəs sənin ekranda görsənən nömrəni görməyə və telefonuna yazmağa çalışır…
Bəzi kişilərin və qadınların ağlı iki ayağının arasına düşür, kimə gəldi paylayırlar olmayan namus və qeyrətlərini…
Bəzi insanların məntiqi, hərəkəti, sözləri analoqu olmayandır, adekvat cavab verəndə də, elə bilirlər ki, ələ salırsan onları…
Qadının ayrıldığını və ayrı, tək yaşadığını bilən kimi bəzi kişilərin gözlərinə işıq gəlir, başlayırlar özlərini sırımağa, sanki hərraca çıxarırlar özlərini, ya mehmanxanaya aparmaq istəyi olur, ya qadının ev ünvanı hökmən öyrənib, guya dost kimi qonaq gəlib, çay içmək istəyi, gah da öz evlərinə dəvət edirlər…
Əsl dostluq və sevgi anlayışları o qədər dəyişib ki, mənəviyyatdan çox madiyyata bağlanıb…
Bəzi dindar, siyasətçilər öz fikirlərini, qərarlarını başqalarına güclə sırımaq və ictimai asayişi pozmaq, ölkə qanunlarına zidd getməkdən də ehtiyat etmirlər…
Artıq insanlar gərək bu gün və sabah nə, nə vaxt, harada, necə yeyəcəyini, nə, nə vaxt, harada, necə yatacağını, istirahət edəcəyini, nə, nə vaxt, harada, necə geyinəcəyini gərək ictimaiyyətlə məsləhətləşib, ictimai razılıq əldə edəndən sonra gerçəkləşdirsin, əks halda metalitet, din bayrağı altında başlayacaqlar onu qınamağa, belinə vedrə bağlamağa, el bir olub qınamağa…
İnsanlar arasında bəhsəbəsdir, güdürük bir-birimizi, tendensiya, trendə çevrilmək istəyirik…
O qədər insan olaraq dəyişmiş oluruq ki, özümüz özümüzü tanıya bilmirik…
Şortda, dənizkənarında çəkilən şəkilləri öz səhifəndə paylaşanda, dərhal başlayırlar səviyyəsiz şərh, ismarıclar yazmağa, əxlaqsız, səviyyəsiz təkliflər etməyə, biqeyrət insanlarımızı insan saymıram, “üzlərinə tüpürmək” istəyirəm ancaq…
Bəzi qadınlar loxlamağa və onu saxlayacaq kişi axtarır, tapır, bəzi kişilər isə loxlanmaq istəyir, bəziləri isə ancaq istənilən qadını yatağa salıb ehtiras, şəhvəti hisslərinin qurbanı olmaq istəyir…