Namaz saatıdır
içimə gömmüşəm namazı
dualarım bom boş
bir qərib keçir ruhumun ölkəsindən
ölkəmin bölgəsi
bölgəmin ölkəsi cahillikdən xəstələnib.
savadsızlıqdan məhdudlanıb.
elm şərbətinin dadı zəhər dadır vərəqlərdə.
adı saxtalaşıb
saxtakarlıq ağuşuna alıb insanları.
duzsuz, dadsızdı dünya.
qardaşlıq siğəsinin ülviliyinə
baxışlar didərginləşib,
köntöyləşib.
ölüb vurğunluğum
insanların ikiüzlülüyündə.
mənə bircə üzlü insan göstərin!
o Allah adamının ətəyində
namaz qılım.