em

QALBDI BİZƏ

adı ölməz igidlərin,
bir sonu var bu dərdlərin,
candan keçən şəhidlərin,
şöhrəti qalıbdı bizə,

başı qardı uca dağın,
vüqarı var ucaların,
ölüb gedən qocaların
söhbəti qalıbdı bizə.

işığı yox gündüzlərin,
rəngi qaçıb çox üzlərin,
o dağların, o düzlərin,
möhnəti qalıbdı bizə.

dərdimiz-qəmimiz çoxdu,
ayrılıq bir qanlı oxdu,
qarabağın özü yoxdu,
həsrəti qalıbdı bizə.

AC OL, KİŞİ OL

ac ol, kişi ol ancaq,
bunu bilirik, qardaş,
belə kişilər olub,
olub, hər vaxt olacaq,
bəs niyə deməyiblər,
tox ol, ancaq kişi ol.
vətən, yurd dərdi çəkmək,
elə aclara qalıb,
yurd satmaq, vətən satmaq,
bəs kimin işi olub,
qeyrətli ac kişilər
nə tapsa “şükür”deyib,
öz halal süfrəsində,
yavan çörəyin yeyib,
vallah yoxdu deyəsən,
toxun acdan xəbəri,
ac kişi də istəyir,
çörəyi, işi ola,
ancaq aclıq acları,
qoymur ki, kişi ola.