Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Ürəyisən göy Xəzərin,
Eniş-yoxuş küçələrin,
Tarixisən şəhərlərin,
Hər ölkənin yolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.
Dağ tək hündür hasarların,
Biz bəzəkdir qapıların.
Qaynar gözlü bulaqların,
Çeşmələri sulu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.
Narın qala görən gözün,
Gəzir el dilində sözün.
Bir tarixdir dağın, düzün.
Meşəsi gül kolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.
Əlim sənlə fəxr eyləyir,
Hər yer səni əzizləyir.
Əllər sənə alqış deyir.
Elin qanad, qolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.
Sən bu Zeynəbin özüsən,
Şirin söhbəti, sözüsən.
Millətin görən gözüsən.
Qonaqları dolu Dərbənd,
Qədim, qoca, ulu Dərbənd.
20.08.2015 15:50