Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü
Sabah yağış yağacaq
Yağış mənim göz yaşım,
Səndən qopan son baxış,
Gedişin çaparaqdı,
Gəlişin qarış-qarış.
Vayına oturdular-
Baharım yox, yazım boş.
Ya gəl daha qışıma,
Ya taleyinlə barış.
Üzümlə əllərinə,
Tellərinə gömülüm.
Deyir, yağış yağacaq,
Sabah geri gəl, ömrüm.
21.08.2015.
Mənə
Tanrı, bu gün qarışma,
Qınasın lap daş məni.
Burundan gələn ömrüm,
Gözdən gələn yaş məni.
Əli Quranlı anam,
Təqvalı-dinli anam,
Doğub imanlı anam
Dərdimdən sərxoş məni.
“Yazı”mla yanaşıyıq,
Qismətimlə naşıyıq,
Bir ayın tanışıyıq,
Səkkiz ilin düşməni.
20.08.2015.