11017528_447704908733924_2122182663440572457_n

Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Səndən sonra yaman kövrək olmuşam,
Ürəyim ,elə bil, əlsiz əlcəkdir.
Gözlərimə qara bulud çökübdü,
İndicə gözümdə hönkürəcəkdir.

Səndən sonra yaman kövrək olmuşam,
Daha ümidlərin ölən vaxtıdı.
Başına-dizinə döyən arzumun,
Yüyürüb üstümə gələn vaxtıdı.

Səndən sonra yaman kövrək olmuşam,
Ağlım ürəyimi başıma qaxıb.
Gülümsəyən şəklin qalıb mənimlə,
Ağlayıram gülən şəklinə baxıb.

Səndən sonra yaman kövrək olmuşam,
Şirin xəyallarım nə acı olub.
Səsini-küyünü atıb başına ,
İndi baxışlarım qaraçı olub.