qsm

Süründüm arxanca mən , məni bir yol anmadın ,
Mənim kimi od alıb , eşq oduna yanmadın!
Mən səni yar sanırdım , sən məni var sanmadın ,
Olmadın canan mənə , uzaq dur həyatımdan ,
Eyləmə divan mənə , uzaq dur həyatımdan!

Hicrinlə , firqətinlə çox sozaldı məhəbbət ,
Bir ömür yoxluğunla yetim qaldı məhəbbət!
Dəyişildi zamanla , nifrət oldu məhəbbət ,
Yar oldu hicran mənə , uzaq dur həyatımdan
Eyləmə divan mənə , uzaq dur həyatımdan!

Bir dəfə insaf eylə , ağlımı alma daha ,
Lap silin yaddaşımdan , yadımda qalma daha!
Təkrar girmə qəlbimə , könlümü çalma daha ,
Bu həyat zindan mənə , uzaq dur həyatımdan ,
Eyləmə divan mənə , uzaq dur həyatımdan!

Qalibi yandırmısan , tüstüm təpəmdən çıxır
Yoxluğun da sıxırdı , varlığın betər sıxır!
Üzünü hər görəndə nəfəsim də tıncıxır ,
Dar olur cahan mənə , uzaq dur həyatımdan ,
Eyləmə divan mənə , uzaq dur həyatımdan !

28.08.2015