Üşüdüm səhərə qədər,
yastığımın istisinə.
Yumub gözlərimi getdim,
sənsizliyin tüstüsünə.
Sənsizlik də deyəndəki
mən heç sənli olmamışam.
İstər sən ol,istər sənsiz
mən heç qəmli olmamışam.
Mən belə biriyəm tanı,
ruhsuz,ürəksiz adam.
Bir sevgini də qurutdu,
üzü çörəksiz adam.