photo

Bir lalın xəyalı danışmaqdırsa
Düşüncəsi inqilab,üsyan və kindir.
O susmuş vücudu tanımaq üçün
Get ona yaxınlaş və onu dindir.

Necə açıqlayır düşüncəsini
Gör nələr danışır dilsiz,ağızsız .
Havaya yazını əlləri ilə
Gör necə yazır o qələm kağızsız.

Danışdır onunda istəkləri var
Danışan insana yoxdur etibar.
Mən indi anladım danışmayan da
Əl ilə qol ilə insanı satar.

Bir kəramət vardır bu işdə inan
Nizamlı yaradıb yaradan vallah
Bir insan dilindən dügündədirsə
Belə olmasını istəmiş Allah.