Azərbaycan Yazıçılar Birliyinin üzvü
De, niyə bizləri sınağa çəkib,
Sən özün özünə şadsan a dünya?
Kiminə kilo ilə qızıla dönüb.
Mənə qəlb yandıran odsan a dünya.
Az olubmu mənə, verdiyin əzab,
Allah deyən bəndə, buna etməz tab.
Kimi dərd qəm içir, kimisi şərab,
Kiminin ağzında dadsan a dünya.
Nə yazığ, bizləri fələyə satdın,
Özün hər arzuya, diləyə çatdın.
Dərbəndli Zeynəbi, qərib yaratdın,
Sən dünya adında, adsan a dünya.