e

* * *

Sınaq-sınaq çökür bəşər,
Qiymət-qiymət ucalan var.
Bir imtahan doğur səhər,
Gecəgözlü gələn yollar.

Əməl əldən hökm istəyir,
Yazılıb kitaba düşə.
Hər gecə sübhü gözləyir,
Kim tələsmir,bu görüşə?

Hər gün yaşa,sanma sağsan,
Gün say diri günlərini.
Bir vəfalı gün doğarsa,
At o biri günlərini.

Qaç dünyanın boşdur eyşi,
İç İlahi meydən nuş et.
İç canına xoşdur nuşi,
İç ruhunu ruhən şad et.

Dünya səndən vəfa umur,
Özü vəfasız olsa da.
Hər gün insan gözün yumur,
Hər gün insan doğulsa da.

Süniləşir

Süniləşir yaşayış da,
Ölümlər də,doğuşlar da.
Bir sünilik əsir indi,
Süni-süni baxışlarda.
Olum süni,ölüm süni,
Sevgilərə açar olan,
Qəlb qapısı – gülüm süni.
Süniləşib dünya özü,
Vitrin-vitrin təbiiykən,
Mağazada yatan mallar,
Süni-süni aldadırlır,
aldadana,aldananlar.
Asfaltlaşır süni yollar,
mütiləşir süni qullar,
boya-boya üzdə gülüş,
əlçalanlar ordusu var.
Bəlkə,elə yaradana,
an-an olan şükrümüz də,
Sevisindən gəldiyimiz,
sevgimiz də süni-süni,