12 sentyabr 2015-ci il tarixində saat 12:00-da Dağıstan Respublikasının Dərbənd rayonunun Rukel kəndində Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Elmir Mədətoğlu, İlqar Türkoğlu, Elli Atayurd, Sadiq Qarayev, Sənəm Səbayel, Tahirə Hüseynova və digər qonaqlar iştirak ediblər.
Tədbirin gedişatında qonaqlar nəğməkar-şairə Zeynəb Dərbəndlinin ədəbi-bədii yaradıcılığı haqqında ürəkdolusu danışıblar, yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər. Zeynəb Dərbəndli yaradılan şəraitə görə, zəhməti keçən hər kəsə, xüsusilə Dərbənd rayonu İcra Hakimiyyətinin başcısına öz dərin minnətdarlıq hissini bildirib.Tədbir musiqi sədalarının müşaiəti ilə davam edib.
Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat Xidməti