AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Məndə bir şəkil var…
Basıb qoynuma
Ağlaya bilmirəm…
Ürəyim gəlmir…
Bircə gün baxmasam…
Günüm axşam olur,
Canıma sinmir…
Məndə bir şəkil var…
Ay “ayrıldığım”…
Bizi ayırammır
Illər hələ də…
Elə bil yaddaşım
Donub qalıbdı
O şəklin sən olan
Sol tərəfində…
Məndə bir şəkil var…
O şəkil ikiydi
Çəkilən zaman…
Gözümdən asılıb
Çəkdirdiyimiz…
Yaman fikirliyəm,
Atmısan?…
Yoxsa….
Səndə də qalıbmı
“Bizim ikimiz”?