(Bir yazını oxuyandan sonra dərdsizlərin olmadığını bir daha başa düşdüm)
Üstüm toz içində,ayağım yalın,
Batmışam içində saçın,saqqalın.
Dalınca düşəndən neçə çaqqalın,
Vaxtım da olmayıb dönüb baxmağa-
Bir az gecikmişəm sənə çatmağa.
Yaman qınayırsan bilirəm,məni,
Şair də əhdini unudar yəni?
Neçə il vaxtımı aldı erməni-
Hönkürüb baş qoydum gedən torpağa,
Bir az gecikmişəm sənə çatmağa.
Sən hardan biləsən dərd yığın-yığın,
Əzəldən boş oldu içi sandığın.
Üzü qara olsun kasıbçılığın-
Razı olmazdın ki ta,əl açmağa,
Bir az gecikmişəm sənə çatmağa.
Səndən gizlənməyin səbəbi ümman,
Yalandan küsməyin səbəbi ümman…
Bu elin adəti,gic dəbi ümman-
Bəzən istəmişəm yerə batmağa,
Xeyli gecikmişəm sənə çatmağa…