Buz tutub

Boz xalının,ağ naxışı,
Xəzəl üstə,yağ naxışı.
Şaxta vuran çağ naxışı,
Dildə buz tutub,buz tutub.

Göy ağsaqqal,yer ağbirçək,
Gah xəyaldır,gah da gerçək.
Arzularım ləçək-ləçək,
Güldə buz tutub,buz tutub.

Bəhsə girib,günlər-aylar,
Buz salxımlı,bağ saraylar.
Şəlalələr,göllər,çaylar,
Seldə buz tutub,buz tutub.

Çəkməz,Arzu bunca dərdi,
Nisgil onu,susuz sərdi.
Bəxti,bir ovuc yetərdi,
Əl də buz tutub,buz tutub.

Desəm…

Ay Allah bu,gülən mənmi?
Gülüşümdən,qopan sənmi?
Qaça-qaça gələrsənmi?
Sənə darıxıram,desəm…

Yuvasız quşlar məsəli,
Nə ümid yox,nə təsəlli.
Gözlərində danım bəlli,
Sənə darıxıram,desəm…

Keçsəm,keçə bilmədiyim,
Köçsəm,köçə bilmədiyim.
Getmədiyim,gəlmədiyim,
Sənə darıxıram,desəm…

Qopsun,arzum ürəyimdən,
Yelkənlənib,dirəyimdən.
Qaça bilsəm,fələyimdən,
Sənə….
darıxıram…
desəm…