Bir buludun gözündən
Axan sel var o mənəm.
Bir gənc insan saçında
Bəyaz tel var o mənəm.
Bir sevginin yolundan
Keçən nifrət o mənəm.
Bir vüsalın yanından
Baxan hicran o mənəm.
Bəyaz sima üstündə
Qara xal var o mənəm.
”Bəlkələr”lə doluyam,
Qəm- kədərin quluyam.
Sevincim körpə uşaq,
Dərdlərim məndən böyük.
Ədalətsiz hakiməm,
Sonu əzab hökmümün.
Savadsız bir həkiməm,
Görməmişəm xeyrimi.
Hər kəsi ”xoşbəxt ”edən,
Özü bədbəx falçıyam.
Ya həyat yalançıdır,
Ya da mən yalançıyam,
Uçurum var arada,
Xeyli insan dayanıb,
Gözləyirlər sırada.
Səadət paylayırlar
Lap axırda ,ən sonda,
Növbəsini gözləyən
Bir qadın var o mənəm