n

Dost qan quripuyla tapılmaz, qardaş,
Dostu saf ürəkdə, canda taparsan.
Dostu gen günlərdə tapmağa nə var,
Əsil dostu çətin anda taparsan.

Dost var ki, sonacan dost qalar sənə,
Dost var ki, çörəklə dost olar sənə.
Dost var ki, ürəklə dost olar sənə,
Dost var ki, şöhrətdə-şanda taparsan.

Dost var dar günündə sivişər qaçar,
Dost var darıxanda könlünü açar.
Dost var zülmətlərə işıqlar saçar,
Nail der: -özünü onda taparsan.