Nara NUR.Yeni şeirlər

12572994_175125082855063_7249835397245726757_n

* * *

Həyəcanla əllərini tutduğum,
Həsrət ilə gözlərinə baxdığım,
İntizarla yollarında durduğum,
Zaman gələr, geri dönər sandığım.

Öz dünyamda xəyalını qurduğum,
Dövrani tək etibarsız çıxanım.
Cavan ömrüm heçə döneb, bilirsən?!
Bəlkə sən də duyğular tək ölüsən?!

* * *

Sevməkmi asandı, yoxsa sevdirmək?!
O hissin önündə hər zaman getmək?!
Sevdiyin insanı hər an dinləmək?!
Bu fani həyatı bir addımlamaq?!
Bu çətin yollarda əlindən tutmaq!
Birgə getdiyin sevgi yolunda…
Getmək çətindir, yoxsa aparmaq?!