Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq şairi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, şair-dramaturq Nəriman Həsənzadə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən ədəbiyyatımızın inkişafında və Aşıq Şəmşir irsinin təbliğindəki dəyərli xidmətlərinə görə təşəkkürnamə diplomu ilə mükafatlandırılıb.
Qeyd edək ki, bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xalq şairi Nəriman Həsənzadəyə anadan olmasının 85 illik yubileyi münasibətilə təbrik məktubu göndərmişdi.
Martın 3-də Bakı Dövlət Universitetində, martın 4-də isə Azərbaycan Milli Avia Akademiyasında Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti