Bu dünyanın güzgüsü,
Ləkələnmiş ay kimi.
Mərhəməti bir tikə,
Qaxac olmuş pay kimi.
Bu dünyanın gözləri,
Eynəkli qoca təhər.
Dildə şirin sözləri,
Ürəkdə zəqqum, zəhər.
Bu dünyanın ürəyi,
Cəsəd yeyən, qan içən.
Qurbanlıq quzu qədər,
Aldanır yoldan ötən.