AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
* * *
Həsrətimi köz eylədin,
yaramı göz-göz eylədin…
Özün boyda “döz” eylədin…
Dayan, qara bəxtim… Getmə…
dil var səni ağlamağa,
Sel var gözdə çağlamağa…
bel var… dərdi saxlamağa,
Düz dur, qara bəxt… Əyilmə…
gedişin kimi yandırar?
bu hikkə nəyi andırar?
Vallah, qəlbimi sındırar…
Dərdimə, qara bəxt, gülmə…
* * *
Basmışam köksümə məsum körpə tək,
Xəyanətin qucağıma sığınıb…
Donub üşüyürəm buz həsrətində,
Sənli yatağıma bu gün qar yağıb…
Sanma yad olacam sənə bu gündən,
Ən gözəl hissləri yaşayacaqsan…
Sevəcəksən, seviləcəm özüm də
titrək həyəcandan doymayacaqsan…
Bir gün şah olarsan sevgi dünyamda
Hökmü veriləcək həsrət, ya vüsal…
Hərdən düşünərsən, gizlin röyamda,
əzizlənən bir uşaqsan, dili lal…
Aşiq-məşuq butasıdır, əzizim…
Dərin duyğulardan başlar bu nağıl.
Şahzadə sən oldun, mənsə kənizin,
Qalmışam ayrılıq əlində fağır…