Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,
Günahımız nədir görən,
Əzdi zalim əyyam bizii.
El pərişan, pərən-pərən,
Kül qapadıb közümüzü.
Əlif qamət dönüb dala,
Vüsal qalıb, gör nə hala?
Qəhər, kədər dalba- dala,
Həsrət yumub gözümüzü.
Hiss etmədən dolduq yaşa,
Bəyaz qırov qondu başa.
Uzaq olduq dost, sirdaşa,
Duyan yoxdu sözümüzü.
Öz hökmü var, hər zamanın,
Ismi bəlli say-sayanın.
Hər yazdığı bu Dövranın,
Ovundurur özümüzü.