Polad SABİRLİ.”Var”

Polad Sabirli

Çox uzağa gedən oxun,
Çox dartılmış yayı da var.
Aza qane olan çoxun,
Verən əli, payı da var.

Yaxşı yaman seçən ömrün,
İynə gözdən keçən ömrün.
Dərd-qəm yeyib-içən ömrün,
Xoş ili də, ayı da var.

Polad, uca olsun adın,
Gözünə nur hər övladın.
Həm qohumun, həm də yadın,
Yaxşısı da, zayı da var.

03.12.2014