13427874_631526816995200_4195087793502753930_n

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olması diləyir.

Mətbuat xidməti

ELLƏRƏ SƏS SALMIŞAM

Gözlərimdə donub qalan göz yaşının acısını,
Sinəmdəki çalın-çarpaz sitəmlərin sırasını,
Yağıların vurduqları xəyanətin yarasını,
Yana-yana yaşamışam, dönə-dönə dadmışam.

Çin səddindəydi sərhəddim, harda gəldim dayandım?
Kərkükdən keçən karvanım yolda qaldı, boylandım…
Ərbil, Mosul yaralarım qövr eylədi, sızladım,
Əda, fitnə alovunda alışmışam, donmuşam.

Çaldırandan ötən çapar məni gördü, dayandı,
Savalandan keçən Qatar mənə sarı boylandı.
Təbriz sıxdı göz yaşını, dərdim ona ayandı,
Tüstü tutdu gözlərimi, öz odumda yanmışam.

Parça-parça bölünərək, özgələrə pay oldum,
Bəxti dönük, qəlbi sınıq bəxtsizlərə tay oldum.
Kamanından vaxtsız çıxan uğursuz bir yay oldum,
Oba köçdü, karvan getdi, səhralarda qalmışam.

Gücüm çatmadı gücünə, yadlar verdi fərmanı,
Təkləndim, susdum, dayandım, tapammadım dərmanı.
Boynumu büküb boylandım, od bürüdü hər yanı,
Ümidlərə qapanmışam, ümmanlarda batmışam.

Dərbəndimi dərd bəndlədi, ayrı düşdü elimdən,
Borçalını ayrı tutdu Nadir hirsdən-hikkədən.
İrəvana köç eylədi haylar Rumdan, Kilikdən,
Əldən getdi türk elləri, baxa-baxa qalmışam.

Bu gedişlə qələbəni əldə etmək çətindir,
Dur ayağa ey türk oğlu, dəmir atını dindir!
Ana torpaq söyləyir ki, mənim oğlum mətindir,
Ardın sürə gələsiyəm, xəbərini almışam.

Nə vaxtdandır İlahəni gözü yolda qoymusuz,
Qara quzu kababından, buz bulaqdan doymusuz?
Azmı olub yağıların gözlərini oymusuz….
Qisas-qisas söyləyib, ələ silah almışam,
Haydı igid ərənlərim, ellərə səs salmışam!
Haydı igid ərənlərim, ellərə səs salmışam!

Gözlerim dörd oldu, niye gelmedin?

Senden ayrılalı günler il oldu,.
Hesret yağışları qelbime doldu.
Qara saçlarımı külekler yoldu,
Gözlerim dörd oldu, niye gelmedin?

Mənə gel-gel dedin, özünse getdin,
Zülmete, dumana, qarışdın, itdin.
Yene xeyallardan mene əl etdin,
Gözlerim dörd oldu, niye gelmedin?

Resmini hesretle basdım bağrıma,
Melhem idi qasnaq tutmuş yarama.
Bar vermedi, becerdiyim barama
Gözlerim dörd oldu, niye gelmedin?

Deryada tufana qerq oldu gemim,
Ondan sonra coşdu, çağladı qemim.
Ağılar söyledi, tutuldu dilim,
Gözlerim dörd oldu, niye gelmedin?

Yaralı könlüme qem gülü ekdin,
Haçan çiçekleyer? Gözümü dikdim,
Derdi-derd üstünden yükledin, çekdim,
Gözlerim dörd oldu, niye gelmedin?