Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
“Qızıl qələm” media mükafatı laureatı
Şeir-sənət yolunda,
Zamanın atındayam,
Sevgisi aşıb-daşan,
Hayqıran fırtınayam,
Zarafatla deyirlər,
Cənub-qərb küləklisən,
Neyləyim, ölməliyəm??
Şair təbiətliyəm!!
Dərd bölənə bacıyam,
Məhəbbətin tacıyam,
Şirin şəkər kimiyəm,
Haqq sözünü deyəndə,
Acı zəhər kimiyəm,
Kiməsə adi bir dost,
Kiməsə sevgiliyəm,
Qısqancam, küsəyənəm,
Şıltağam, ərköyünəm,
Hərdən fikirləşirəm,
Allah bu nə xislətdi?
Qəribə xasiyyətdi!
Yaşayıb, sevməliyəm.
Keçən ay sevgilimlə,
Təsəvvür etdiyimiz,
Körpəmi görməliyəm.
Bədxahlara zəlzələ,
Ölümlük bir şimşəyəm.
Deyirsiniz, nəçiyəm??
Şair təbiətliyəm!!
Kimsə sevib sözümü,
Sevgi yağan gözümü,
İzləyibdi özümü.
Bir az mərhəmətliyəm,
Bir az da qüvvətliyəm,
Deyilən hər xoş sözə,
Xoş günlərə layiqəm,
Vətənimin daşıyam,
Qaymağıyam, aşıyam,
Sərraf sözün tuşuyam,
Deyim, niyə beləyəm?!
Şair təbiətliyəm!!