HƏYATI VƏ YARADICILIĞI
Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Bolnisi rayonunun Qırıqlı kəndində anadan olub.Orta təhsilini Baydar məktəbində “Qızıl medal” la bitirib.Gəncə Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri dərc olunub.Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə, rus, gürcü, rumu, iraq dillərinə tərcümə olunub.2008-ci ildən Türkiyə, Avrasiya Yazıçılar Birliyinin üzvüdür.
Yeddi şeirlər kitabının müəllifidir.Kimyadan vəsait kitabının müəllifidir.Kitabların biri 2000-ci ildə gürcü dilində İmir Məmmədlinin tərcüməsində, digəri isə 2008-ci ildə Türkiyənin Ankara şəhərində “Bengü” nəşriyyatında nəşr olunub.1994-cü ildən Yeni Azəbaycan Partiyasının üzvüdür.
Azərbaycanın istedadlı xanım yazarı Xəzangül Hüseynova 1971-ci ildən ailə həyatı qurduğu üçün Gəncə şəhərində ədəbi-bədii yaradıcılıqla məşğul olur.1973-cü ildən Gəncə şəhərində 43 saylı orta məktəbdə Kimya müəllimi, 1987-ci ildən 2012-ci ilə qədər direktoru kimi çalışmışdır.Hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun dissertantıdır.”Məhəbbətin qənimi” mənzum pyesi Gəncə Dövlət Dram Teatrının repertuarındadır.
ATATÜRKÜN MUZEYİNDƏ
Unudulmaz Atatürkün müqəddəs adı,solmayan siması heç zaman unudulmayacaq
Atatürkün muzeyində çaşmışam,
Lap ürəkdən çalxalanıb, coşmuşam
Bu heyrətdən heykəlləşən daşmışam
Türkiyənin atasıdır Atatürk
At üstündə Atatürküm atlanır,
Məmləkətin əzabına qatlanır
Vulkan kimi püskürərək odlanır
Arzusuna çatasıdır Atatürk.
Can verirlər, qan verirlər bu yolda,
Vətən daşı təməl kimi qoyuldu.
Türkiyəmiz öndər oldu, sayıldı.
Düşmənlərin xatasıdı Atatürk.
Gözləri də nur payladı elinə,
Aşiq oldu torpaq sözü dilinə,
Kim göz dikdi çəməninə, gülünə,
Divanını tutasıdı Atatürk
Bu könlümdə mərd içində mərd olub,
Yurd içində, yuva olub, yurd olub.
Dar günümdə boz qurd adlı qurd olub,
Çarəsini tapasıdı Atatürk.
Türkümüzün tarixidi, köküdü,
Bu ellərin, madarıdı təkidi.
Ürəyinə sevgi kimi əkildi.
Hazangülün butasıdı Atatürk
Mart 2009