Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, DGTYB üzvü, gənc yazar Allahşükür Ağanın “Quşlara, Buludlara, Uşaqlara” adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində “Elm və təhsil” nəşriyyatı tərəfindən 108 səhifə həcmində, 500 tirajla işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri, Qəşəm Nəcəfzadədir.
Kitab müəllifin oxucular ilə sayca üçüncü görüşüdür.Kitaba müəllifin son illərdə qələmə aldığı şeirləri daxil edilib.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Oxucuların rəğbətini qazanacağını ümid edirik.
Müəllifin həmin kitabına toplanan şeirlərində təbiət və cəmiyyətdə baş verən hadisələr poetik bir dillə ifadə olunur. Şeirlərinin əsas ideyası cəmiyyətin təbiətə inteqrasiya cəhdidir. Artıq buna ehtiyac yaranıb. Sevgi də təbiətə köçür. Duyğular saflaşır.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti