“Azərikimya” İstehsalat Birliyinin konfrans zalında 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə istehsalatda və ictimai işlərdə fərqlənən kimyaçı qadınıarın mükafatlandırıl¬ması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, “Azərikimya” İB-də kimyaçı qadınlara yaradılmış normal iş və təhlükəsiz əmək şəraitindən, göstərilən diqqət və qayğıdan danışmış, onları bu sevimli bayram münasibətilə təbrik etmişdir.
“Azərkimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev xanımları bayram münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Qeyd olunmuşdur ki, bu gün respublikamızda qadınların cəmiyyətdəki rolu ilə bağlı dövlət siyasəti səmərəli şəkildə həyata keçirildiyindən və onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və digər sahələrdə geniş təmsil olunmalarına xüsusi önəm verildiyin-dən, qadınların cəmiyyətdəki rolu daha da yüksəlmiş və fəaliyyət dairələri xeyli genişlənmişdir. Bu istiqamətdə atılan uğurlu addımlar, qəbul edilən qərarlar, imzalanan fərmanlar Azərbaycan qadınının cəmiyyətimizdə öz layiqli yerini tutmasında mühüm rol oynamışdır.
Tədbirdə Birliyin struktur bölmələrinin müxtəlif sahələrində çalışan, əmək göstəricilərinə görə fərqlənən, fəaliyyət yerlərində digərlərinə nümunə olan və ictimai işlərdə fəallıqları ilə seçilən xanım əməkdaşlar rəhbərlik və Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmış, onlara möhkəm can sağlığı, sevinc dolu günlər və fəaliyyətlərində uğurlar arzulanmışdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti