Oxudum adımı başdaşı üstə…
Şimşək yaralamış bir palıd kimi
Göylərə ucaldı başımdan tüstü.
Heyrətə gəlmişəm səbrim önündə,
Dirilib baxıram gənc yaşıma mən.
Dayanıb durmuşam qəbrim önündə,
Tamaşa edirəm başdaşıma mən.
Zirvəyə can atan qanad mənimdir,
Mənimdir sinəmdə daşıdımdığım da.
Bəlkə, doğrudan da, o ad mənimdir,
Özgənin ömrüdür yaşadığım da?..