Doludur bu gecə ayın nuruyla,
Ağarır könlümün bəyaz yelkəni.
Ayazlı, şaxtalı qış günü belə,
Alışr könlümün həvəsi, eşqi.
Dumanlı günləri sovurub yelə,
Unudub dünyanın dərdi-sərini;
Çəkirəm duyğumun kövrək əlilə
Gözü görünməyən cizgilərini.
İtmir zərbələri uğursuz anın,
Bu ağrı-acını unutmaq çətin.
Gül açır sırası nurlu misranın,
Partlayır butası sözün, söhbətin…