Hərdən hüznləndir, hərdən sevindir,
Sən mənim ömrümə yağış kimi gəl.
Ağ-qara həyatın rəngli səhnəsi,
Sadə taleyimə naxış kimi gəl.
Qəmimə şərik ol, sevincimə gül,
Səninlə gül açsın, gülsün bu könül.
Gəl, qoy göz yaşını silsin bu ömür,
Dualı dodaqdan alqış kimi gəl.
Saxla xoş gününü, bəd gününü də,
Bölərik bu ömrü, yaşarıq birgə.
Mən bir dünya olum, sənsə pəncərə
Sevgi dolu gözdən baxış kimi gəl.
29.09.16