Masallı rayonu Qarabağ uğrunda iki yüzə qədər şəhid verib. Onlardan biri də 1973-cü il oktyabr ayının 25-də anadan olmuş Həsənov Hakim Cəmyağa oğludur.
O, Bakı Dənizçilik Məktəbində təhsil almışdır. Arzusu dünya sularını gəzmək idi. Ordu sıralarına çağrıldı. Əvvəlcə ilk təlimini Qusar rayonda keçdi. Sonra cəbhənin Laçın-Qubadlı doyüşlərində iştirak etmişdir. Məzuniyyətə buraxılsa da, doyüş dostlarını qoyub getmədi. O zaman Laçında vəziyyət çətin idi.
Həmin döyüşlərin birində qəhrə mancasına həlak oldu.
1993-cü il, 5 apreldə doğulduğu Qasımlı kənd qəbiristanlığında dəfn olunub.
Qasımlı kənd orta məktəbi onun adını daşıyır.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!

Mənbə: