Əmanət Qəbirlər
Səlim ay Səlim, Nə çox yatdın7 Qalx ayağa mallar ac qaldı qoyun quzu acından mələşir. Kifayət xanım bu sözləri eşidəndə məətdəl qaldı. Allah sən saxla , yəqin arvadın başına hava gəlib. Nə mal, nə qoyun-quzu, Nə Səlim?
Kubra xalanın yaraşıqlı evləri, mal-qarası yağı düşmənə qaldı. Hələ bunlar bir yana əzizləyə-əzizləyə böyüdüb boya başa çatdırdığı son -beşik oğlu Niyaz şəhid oldu. Səlim kişi bu müsübətlərə dözməyib dünyasını dəyişdi. Onu öz vəsiyyətiə əməl edib qəbirstanlıqda əmanət bastırdılar.
Kubra xala gözlərini yollara dikib ümidini üzmədi. Hər axşam səhər əllərini göyə qaldırıb Allaha yalvardı.
Allah sən düşmənin bəlasını ver! Haqq ədalət oz yerini tapsın. Doğma yurdumuza yuvamıza qayıdaq. Qurban olum sənə ay Allah səndən ömür yox möhlət istəyirəm. Sən mənə möhlət ver Niyazın qəbrini ziyarət edim. Onun yanında məni torpağa tapşırsınlar. Hər sabahın ümidlə açılacağını gözləyən kubra xala nədənsə bu səhər yatıb qalmışdı.
Kifayyət xanım adəti üzrə həyat yoldaşını və uşaqlarını məktəbə yola salıb oz işləri ilə məşğul olurdu. O elə zənn edirdiki, yəqin arvad gecəni yaxşı yatmayıb. Qəflətən qışqırtıdan diksinən Kifayyət xanım doğma anası qədər xətrini istədiyi qaynanasına yaxınlaşanda arvadın halı özündə deyildi.
Sənə qurban olum ay ana yuxu görürsən nədi? Bir az sakitləş! Kubra xala isə dil boğaza qoymurdu.
Yaxın gəl ay Niyaz, niyə məndən qaçırsan? Boynuna qurban olum gəl üzündən öpüm, atanıda çağır gəsin ona deyiləsi sözüm var. Kifayyət xanım balaca oğlu Xalidi çağırdı.
Oğlum qaç məktəbə atanı çağır, tez evə gəlsin nənənin halı pisləşip. Ertəsi gün Kubra xalanı oz vəsiyyətinə əməl edərək həyat yoldaşı səlim kişinin yanında əmanət kimidəfn etdilər . Kubra xalanın bu niskilli olümü hamını sarsıtdı. Hər gecə övladlarının yuxusuna girib oğlu Niyazı çağırıb qucaqlamaq istəyən Kubra xalanın övladları belə qərara gəldilər ki, Niyazın şəklini Kubra xalanın qəbir daşına vursunlar. Bəlkə bir az təskinlik tapalar. Belə də etdilər. Baş daşında Kubra xala oğlu ilə qoşa dayanmışdı. Bir müddət keçdi. Səlim kişi ilə Kubra xalanın qəbirləri arasında bitən yasəmən ağacı sanki qolarını açıb niyazın şəklini qucaqlamışdı. Bu ağac eyni ilə Kubra xala gildə doğma evlərinin eyvanı qarşısında bitən yasəmən ağacına bənzəyirdi.
Qəbirstanlığa gələn hər kəs bu mənzərəni görəndə göz yaşlarını saxlaya bilmirdilər. Allah düşmənə lənət eləsin dedilər.
Azədə Çobanova Kəbirli kənd sakini, mədəniyyət işçisi.