Tərpətməyin, hal-əhvalım qarışıb,
Yurd gedəli din-imanım yoxdu, yox.
Kökdən düşüb telli sazım, çalarmı,
Dədə Şəmşir, Ağdabanım yoxdu, yox!

Yaş da getdi, baş da getdi əlimdən,
Payız ötdü, qış da getdi əlimdən.
Uçdu tərlan quş da, getdi əlimdən,
Qayıtmağa bir gümanım yoxdu, yox!

Nərimanoğlu, iyirmi ildi dözürük,
Sərgəndarıq, haqq axtarıb, gəzirik.
Canımızı bax beləcə üzürük,
Xoş gələcək bir zamanım yoxdu, yox?!