Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri
Qəlbim yara, gözümdə yaş,
Duz yaranı göynədərmi?
Könlümdə buz, sevgim atəş.
Od buzları əridərmi?
Öz qarğışım tutub məni.
Dost nəfsinə satıb məni.
Kor quyuya atıb məni,
Haqq səsimi eşidərmi?
Şaxta vurmuş ürəyimi
Daşa dönmüş diləyimi
Xəzan olmuş gəncliyimi,
Qış günəşi isidərmi?
SƏRHƏDÇİ
Bir əsgər var sərhəddə
Günəşlə bərabər açır səhəri.neç
Neçə vaxtdır,
Eldən-obasından
Sevdiyindən uzaqdadır.
Qəlbini doğrayır hicranın zəhəri.
Ancaq O sərhədçidir.
VƏTƏNİN EŞQİNƏ,
Doğmaların xətrinə
Dözür hər cür həsrətə
Udur bunca qəhəri.
Gülümsəyir doluxsunmuş gözləri…
Silahı çiynində, qulağı səsdə.
Gözləri sərhədçidir!
TÜRK OĞLU, AZƏRBAYCAN ƏSGƏRİ!!!
Qızım Xanıma
İnsanların duası,
Arzuların hasili,
Yaradanın hikməti,
Düz dörd ilin həsrəti,
Bir qız gəldi evimizə.
Qığıldayır,ağlayır.
Qulağımda hey səsi.
Gülüşü bir başqadır,
Tarının hədiyyəsi
Qoxusu cənnət qoxusu,
Yuxusu dovşan yuxusu,
Bir qız gəldi evimiz.