Niyə axı özün deyib,
Özün də gülürsən, adam.
Ağzında sözlər oynaşır,
Gözündən gülürsən, adam.
Bütöv sırıma çərəyi,
Çox əyilməzi çər əyir,
Gəl olma belə çörəyi
dizində – gülürsən, adam.
Bir nəfi var hər öyüdün,
Dinlə, barın dər öyüdün.
Elə bil ki, Bəröyüdün*
düzündə gülürsən, adam.
*Bəröyüd – Cənnətlə Cəhənnəm arasındakı yer, Əraf.