Latviya (latış. Latvija‎), köhnə mənbələrdə Letoniya (liv. Leţmō) ya da rəsmi adıyla Latviya Respublikası (latış. Latvijas Republika‎, liv. Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918 ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.

Etimologiya[redaktə | əsas redaktə]

  1. Latvija sözü qədim latqallardan gəlir. Onlar digər Hind-Avropa tayfaları və bundan əlavə baltik finlər olan livlər ilə müasir latışların etnik kodu qurdular.[1]
  2. “Letiya” (LettiaLetthiaLeththia) sözünə ilk dəfə “Letiya” şəklində Henrix salnamələrində (1209) rast gəlinmişdir. Əvvəldən almanlar qədim latqalların yaşadığı torpaqları belə adlandırırdılar. Latvija sözü latış dilinə litva dilindən gəlib. Litva dilində bu söz latışların adından (lit. latviai) yaranmışdı.[2]

Əhali[redaktə | əsas redaktə]

 Əsas məqalə: Latviya əhalisi

Dil[redaktə | əsas redaktə]

Latviyanın rəsmi dili ölkədə ən çox danışılan latış dilidir. Ölkədə ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə, ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyada) dillərindən istifadə edilir.

Din[redaktə | əsas redaktə]

Latviyada din (2011)[3]
Lüteranlıq  34.2%
Katolisizm  24.1%
Rus Pravoslavlıq  17.8%
Eski inananlar  1.6%
Digər xristianlar  1.2%
Digər və ya dinsizlər  21.1%

Latviyada ən böyük din Xristianlıqdır,[4] amma əhalinin sadəcə 7%-i müntəzəm şəkildə dini yığıncaqlarda iştirak edir[5].

Ərazi[redaktə | əsas redaktə]

Ərazisi 100 diyar və 9 Respublika şəhərlərdən ibarətdir.

Xarici keçidlər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1.  “Latvia in Brief” (PDF). Latvian Institute. 2012. 8 November 2012 tarixində orijinalından (PDF) arxivləşdirilibİstifadə tarixi: 12 May 2011.
  2.  Латвия — генезис понятия Arxivləşdirilib 2008-12-25 at the Wayback Machine (latış.)
  3.  “Tieslietu ministrijā iesniegtie reliģisko organizāciju pārskati par darbību 2011. gadā” (Latvian). 26 November 2012 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 25 July 2012.
  4.  “Latvia”CIAİstifadə tarixi: 15 December 2008.
  5.  Eunice K. Y. Or (23 September 2004). “Trust in Religious Institutions does not convey to Church Attendance”. Christian Today. İstifadə tarixi: 28 July 2007.

Həmçinin bax[redaktə | əsas redaktə]

GöstərLatviya mövzularda
GöstərAvropa ölkələri
Göstər Avropa Birliyi üzvü və üzvlüyə namizəd dövlətlər
GöstərŞimali Atlantika Müqaviləsi Təşkilatı (NATO)
GöstərBaltik dənizi ölkələri