Anamın 2018-ci ildə telefonda mənə dediyi şeirdi…Qəribə tarixçəsi var, yazmıram…Elə şeiri paylaşıram…
Bir də anamın bir gənclik şəklini…Sevirəm bu şəkli) mənə anama heç oxşamadığımı, onun məndən gözəl olduğunu xatırladır)
Ay məndən şairlik uman qardaşım,
Yarımçıq misralar könül ovutmaz…
İlhamlı könlümü duyan qardaşım,
“Qəriblik” bəd sözdü, rədif tapılmaz…
Məndən nağıl istə, nənəm danışıb,
Yaddaşımda qalıb Simurq quşları…
Məndən şeir umma… O misraları
Yazır yanağıma gözümün yaşı…
“Ola” – deyib arzulama şairə
“Möhtəşəm” misralar, ağladan bəndlər…
Qorxuram deməyə-mən də şairəm!
Şairi var edir sonsuz kədərlər…