10

Respublika Gənclər Kitabxanasının əməkdaşları ustad Şəhriyarın xatirəsinə həsr olunmuş “Həm İranın, həm də bütün Şərq aləminin iftixarı” adlı biblioqrafik icmal, “Məhəmmədhüseyn Şəhriyar Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgisi hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, bundan əlavə müəllifi olduğu əsərlər və şeirlərindən parçalar təqdim olunur. İzləyicilərə təqdim olunan bu materialda Şəhriyarın müəllifi olduğu və həmçinin də onun həyat və yaradıcılıq yoluna həsr olunmuş “Yalan dünya”, “M.Şəhriyar və zəmanəmiz”, “Şəhriyar poeziyası və milli təkamül”, “Aman ayrılıq: poema və şeirlər” və s. kitabların annotasiyası verilib.

“Məhəmmədhüseyn Şəhriyar Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgisində isə ustad Şəhriyar haqqında yazılı məlumatlardan əlavə, onun müxtəlif illərdə lentə alınmış səs yazıları da təqdim olunur. İzləyicilər burada dahi şairin öz dilindən müəllifi olduğu şeirlərdən parçalar dinləmək imkanı qazanırlar. Bundan əlavə, materiallarda şairin sözlərinə yazılmış mahnılardan nümunələr də təqdim olunur. Virtual kitab sərgisində Şəhriyarın müəllifi olduğu kitablar izləyicilərin diqqətinə təqdim edilir, xatirəsinin əbədiləşdirilməsi və milli irsi haqqında məlumat verilir.

Mənbə: https://azertag.az/